Məmmədyarov və Mnatsakanyanın görüş vaxtı bilindi

OXUNUB: 487 SİYASƏT
Sentyabrın 22-də Nyu-York şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. 

Bu barədə İcmal.Az-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. 

Sentyabrın 23-də isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.
 
İcmal.Az

RƏYLƏR