Məmmədyarov və Nalbandyan bu gün görüşəcəklər

OXUNUB: 547 SİYASƏT

Bu gün, yanvarın 18-də, Polşanın Krakov şəhərində Azərbaycan və və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

İcmal.Az xəbər verir ki, Elmar Məmmədyarov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcəklər. 

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq. ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşdə iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sonuncu görüşü dekabrın 7-də Avstriya paytaxtı Vyanada keçirilib. 

İcmal.Az

RƏYLƏR