"Drim-haus" üslubunun banislərindən biri Robert Maylz vəfat edib.
İcmal.Az xəbər verir ki, məşhur DJ-in 47 yaşı var idi. Musiqiçinin ölümünə xəstəlik səbəb olub.
Robert Maylz "Children" treki ilə məşhur idi. Bu musiqi parçası 1990-cı illərdə 12 ölkənin hit-paradlarına liderlik edib. Musiqiçinin həm də "Open Lab" adlı şəxsi radio stansiyası var idi. Bundan başqa Robert "drim-haus" üslubunu yaradanlardan biridir.
İcmal.Az