Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində stansiyaların platformalarında və qatarlarda sıxlıq olan zaman sərnişinlərin cibindən mobil telefon oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Masallı rayon sakini Namiq Musayev tutulub. Araşdırmalarla onun cari ilin oktyabr ayının 10 və 11 tarixlərində iki qadın sərnişinin cibgirlik yolu ilə "Samsung” markalı mobil telefonunu oğurladığı məlum olub. Hər iki zərərçəkən əvvəlcə polisə mobil telefonlarının Metropolitendə olarkən itdiyi barədə məlumat versələr də, polislər tərəfindən araşdırma aparılan zaman həmin əşyaların N.Musayev tərəfindən oğurlandığı müəyyən edilib. Qeyd edək ki, saxlanılan şəxs mobil telefonları ələ keçirəndən sonra satıb. N.Musayev ifadəsində platformalarda insanların sıx olduğu vaxtlarda sərnişinlərin vaqonlara daxil olduğu zaman cibgirlik etdiyini etiraf edib. Faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir. Namiq Musayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, həmçinin Metropolitendə Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Bakıda azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
10.12.2019, 12:22 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ, SOSİAL -
BNA: "EuroHome”da yanğınla əlaqədar avtobusların intervalında gecikmələr yaranıb
10.12.2019, 12:20 / AZƏRBAYCAN, HADİSƏ, SOSİAL -
Elina Hacıyevanın ölümü ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub
10.12.2019, 12:19 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
DYP: "EuroHome"da yanğınla əlaqədar Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb
10.12.2019, 12:17 / AZƏRBAYCAN, HADİSƏ -
"EuroHome”da baş verən yanğın zamanı avtomobillərə ziyan dəyib - FOTO
10.12.2019, 12:13 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
"EuroHome”da yanğının söndürülməsinə təyyarə və 3 helikopter cəlb olunub - VİDEO
10.12.2019, 12:03 / index-manşet, AZƏRBAYCAN, HADİSƏ, SOSİAL -
Ucarda 36 yaşlı kişi küçədə qətlə yetirildi
12.11.2019, 10:56 / AZƏRBAYCAN, HADİSƏ
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, İQTİSADİYYAT Gilas və badam bağları, kələm əkinləri üzrə fermerlərə aqrar sığorta ödənişi edilib
-
Özəl, HADİSƏ “Stimul hospital”ın (İstanbul NS) cinayəti sübut olundu: BAHAR QASIMOVA 30 DƏQİQƏYƏ QƏTLƏ YETİRİLİB
-
GÜNDƏM, SİYASƏT “Yəqin botoksunun yenilənmək vaxtıdır...” — Deputatdan Əli Kərimliyə sərt sözlər!