MİDA mənzilləri nə vaxt təhvil verəcək?

OXUNUB: 884 İQTİSADİYYAT

Ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası yanında Mənzil İnşaatı Dövlət  Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştli əldə etməsi Qaydası"na əsasən  güzəştli mənzillərin satışına başlanmasına hazırlıq məqsədilə Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə verilib.

Bunu MİDA direktoru Samir Nuriyev bildirib. O qeyd edib ki, sayt vasitəsilə (www.yasamal.mida.az)  kompleks barədə yarana biləcək suallara cavab tapmaq mümkündür.

S.Nuriyev bildirib ki, tezliklə mənzillərin satışına başlanılacaq: "Müvəkkil banklarla müqavilə imzalanıb. Yasamal Yaşayış Kompleksində tikinti sürətlə davam edir. 2018-ci ilin yayında mənzillər təhvil veriləcək.

Tam təmirli, mətbəxt mebelləri ilə təmin edilmiş şəkildə satışa çıxarılacaq  mənzillər qiyməti bazar qiymətlərindən 20 faiz ucuz olacaq"./oxu

İcmal.Az

RƏYLƏR