Bakıdan toydan qayıdan Lerik sakinləri mikroavtobusla Masallıda qəzaya düşüblər.
İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə yeni salınan Ələt-Astara-İran yolunun Masallı rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində Lerik rayon Ambu kənd sakinləri, 1972-ci il təvəllüdlü Xumar Məhərrəmova, 1963-cü il təvəllüdlü Nazilə Hüseynova və 1965-ci il təvəllüdlü Zərifə Dövlətova xəsarət alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin məlumata görə, "QAZel" markalı mikroavtobus yeni tikilən yolda maneəyə çırpılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
İcmal.Az