Millət vəkili Düzcə valisi, QHT və KİV-lərlə görüşdə Qarabağdan danışıb və çağırış edib

OXUNUB: 767 SOSİAL
Qardaş Türkiyədə səfərdə olan millət vəkili Q.Paşayeva  Düzce  valisi Zülkif Dağlı , tanınmış QHT və KİV rəhbərləri ilə,  gənclər və qadın təşkilatları görüşüb və televiziyalara geniş müsahibələr verib, mətbuat nümayəndələrinə Azərbaycanla  bağlı geniş müsahibələr verib və sualları cavablandırıb.
İCMAL.az xəbər verir ki, Düzce valisi Zülkif Dağlı ilə görüşdə millət vəkili Q.Paşayeva Azərbaycanı, Qarabağ problemi, Xocalı soyqırımı həqiqətlərini, Azərbaycan-Türkiyə birliyinin güclənməsinin önəmi barədə gənclərə yönəlik konfransların və tədbirlərin artmasının vacibliyini vurğulayıb və bu istiqamətdə təkliflərlə çıxış edib. Millət vəkili Q.Paşayevanın fikirlərini dəstəkləyən vali bu məsələyə Düzcedə bundan sonra xüsusi diqqət göstəriləcəyini deyib. Millət vəkili Q.Paşayeva vali ilə görüşə Düzce Universtetində təhsil alan azərbaycanlı tələbələrn təmsilçilərini də aparıb onlaarı vali ilə tanış edib və buradakı tələbələrimiz sizə əmanətdir deyərək onların ortaya çıxan məsələlərinin həllində valinin hər zaman dəstək olacağına ümidvar olduğunu deyib. Q.Paşayeva validən həmçinin azərbaaycanlı gənclərin Azərbaycanla, Qarabağ həqiqətləri və Xocalı soyqırımı ilə bağlı Düzcədə keçirmək istdikləri tədbirlərə dəstək olmasını da xahiş edib və bununönəmindən danışıb. Vali Zülkif Dağlı bütün məsələlərdə tələbələrə dəstək olmağa çalışacağını bildirib və onlar bizə əmanət deyib.  Q.Paşayeva Düzcenin tanınmış QHT və KİV rəhbərləri ilə görüş zamanı Azərbaycan ilə Türkiyənin QHT, KİV, gənclər və qadın təşkilatları arasında əlaqələrin getdikcə daha da genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələlərin vacibliyini qeyd edib. Görüşlər və müsahiblər zamanı Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da barədə geniş söhbət açan Qənirə Paşayeva ölkələrimizin QHT, KİV, fəal gənclər, qadın təşkilatları arasında əməkdaşlığın artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini də bildirib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Millət vəkili eyni zamanda Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş yayılmasında qardaş ölkə QHT və KİV-lərindən Azərbaycan xalqının daha böyük fəallıq gözlədiyini də xüsusi vurğulayıb. Millət vəkili Q. Paşayeva Düzcenin  QHT, KİV, fəal gənclər və  qadınlar təşkilatlarını Azərbaycana dəvət edib. Onlar Azərbaycana məmuniyyətlə səfər etmək istədiklərini deyiblər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva QHT, KİV, gənclər və qadın təşkilatları rəhbərlərinə və üzvlərinə  Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün  yeni çapdan çıxmış "Turan yolçusu” və "Aşk yolçusu” kitablarını hədiyyə edib.

RƏYLƏR