Millət vəkili YAP-ın İlham Əliyevlə bağlı qərarını şərh etdi

OXUNUB: 617 SİYASƏT

Prezident İlham Əliyev Azərbaycan xalqının, hər birimizin fəxridir.

Bunu oxu.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Tahir Rzayev ölkə prezidenti İ.Əliyevin hakim partiyanın bu gün keçirilən VI qurultayında növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsinə münasibətini bildirərkən deyib.

Millət vəkili deyib ki, İ. Əliyevin ölkə prezidenti kimi, son 15 il ərzində gördüyü işlər, həyata keçirdiyi tədbirlər özü elə bir zəmanətdir ki, yenidən prezidentliyə namizəd olsun:

"Yəni, onun liderliyi ilə həyata keçirilən bu tədbirlər o qədər böyük və genişmiqyaslıdır ki, onun dünyada bənzəri, alternativi yoxdur. Odur ki, belə bir insanın - İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin irəli sürülməsi qanunauyğun addımdır və Azərbaycan xalqının ürəyindəndir.

İnanıram ki, Azərbaycan xalqı, Azərbaycan seçicisi də 11 aprel tarixində öz seçimini edəcək və cənab İlham Əliyevi daha yeddi il müddətinə prezident seçəcək”.

İcmal.Az

RƏYLƏR