Milli Məclisin nümayəndə heyəti QDİƏT toplantısında iştirak edir

OXUNUB: 632 SOSİAL

Milli Məclisin komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında iştirak etmək üçün noyabrın 27-dən Ukraynada səfərdədirlər.

İcmal.Az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kiyev şəhərində keçirilən toplantıda təşkilati məsələlərlə yanaşı Qara dəniz regionunda iqtisadi böhranın nəticələrinin aradan qaldırılması, gənc ailələrin sosial müdafiəsi, mədəniyyət, təhsil, texnologiya və ekologiya sahəsində mövcud problemlər barədə məsələlər müzakirəyə çıxarılıb.

Səfər dekabrın 1-də başa çatacaq.

 

İcmal.Az

RƏYLƏR