Mingəçevir Dövlət Universitetin-də elmi-texniki konfrans keçirilib

OXUNUB: 602 SOSİAL
Mingəçevir Dövlət Universitetində "Sosial-İqtisadi İnkişafın Dayanıqlı Enerji Təminatı: Universitet-Sənaye İşbirliyi və İnnovativ kadr hazırlığı” mövzusunda I regional elmi-texniki konfranskeçirilib.
İCMAL,Az xəbər verir ki, konfransın təşkil olunmasında əsas məqsəd Azərbaycanın energetika sisteminin kadr və elmi-metodiki təminatında universitetlərin rolu, elektroenergetikanın müasir problemləri,regionların sosial-iqtisadi inkişafının təmin olunması baxımından elektirik stansiyalarının əhəmiyyəti  və digər mövzularda müzakirələrin aparılmasından ibarətdir. Konfransı açıq elan edən MDU rektoru Şahin Bayramov qonaqları konfrans istirakçılarına təqdim etdi və qeyd etdi ki, MDU və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda hər iki ali təhsil müəssisəsinin rektor, professor-müəllim və tələbə kollektivi, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham ismayılov, ”Azərenerji”ASC-nin, "Mingəçevir Su Elektirik Silsiləsi” MMC-nin, Azərbaycan İstilik Elektirik Stansiyası” MMC-nin rəhbər şəxsləri iştirak edir. Rektor  konfransın işinə uğurlar arzulayıb.
Konfransda  milli energetikamızın yeni inkişaf mərhələsində elmi-texniki-tədris əməkdaşlığının əhəmiyyəti, elektrotexnikanın müasir problemləri və bu sahə üçün kadr hazırlığının aktual məsələləri, regionların sosial-iqtisadi inkişafında elektirik stansiyalarının işirakı, Azərbaycanın energetika sisteminin kadr və elmi-metodiki təminatında universitetlərin rolu mövzusunda müzakirələr aparılıb. Tədbir çərçivəsində MDU və ATU arasında energetika və elmi-təhsil üzrə potensialın artırılması sahəsində Anlaşma Memarandumu imzalanıb.
İCMAL,Az

RƏYLƏR