Mingəçevir icra başçısından nümunəvi addım: BAYRAMI TƏNHA QOCALAR, VETERANLAR VƏ QARABAĞ ƏLİLLƏRİ İLƏ KEÇİRDİ

OXUNUB: 2021 SOSİAL
7NEWS.az xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Böyük Vətən Müharibəsi veteranını, birinci qrup Qarabağ əlili və tənha qocaları ziyarət edib.

Başçı əvvəlcə Böyük Vətən Müharibəsi veteranı 99 yaşlı Baba Əliyevə baş çəkib. Başçı veteranla görüşdə onun 100 illiyini şəhər səviyyəsində qeyd olunacağını bildirib. O, veteranı narahat edən problemlərin də həll olunması üçün  tapşırıqlar verib. Birinci qrup Qarabağ əlili İlham Həmidovun evində də icra başçısı  onu narahat edən məsələlərin tezliklə həllini tapacağını dilə gətirib.

Tənha qocalar şəhər rəhbərinin bu diqqətindən məmnun qaldıqlarını dilə gətiriblər. Görüşlərdə vətəndaşlar son bir il ərzində Mingəçevir şəhərinin abadlaşması və inkişafından da razı qaldıqlarını qeyd ediblər. İlham İsmayılov qeyd edib ki, şəhərimizdə aparılan quruculuq və abadlıq işləri prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsidir. 
Qarabağ müharibəsi veteranları ilə görüşdə şəhər rəhbəri torpaqlarımızın tezliklə azad olunacağına əminliyini vurğulayıb.







RƏYLƏR