Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub

OXUNUB: 676 HADİSƏ

Ötən gecə Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 34 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 m2 sahədə yanıb.

 

İcmal.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan eyvanın divarı 3 m2 sahədə qarsalanıb.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

 

 

 

İcmal.Az

RƏYLƏR