MirHəsən Seyidov: “Normal insanlar sosial şəbəkələrdə bu cür təhqirlərə yol vermirlər”

OXUNUB: 855 SİYASƏT

Son günlər Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı xaricdə mənbəyi bəlli olmayan təşkilatlardan maliyyə alan bəzi "sapı özümüzdən olan baltalar" virtual aləmdə ölkə əhalisinin gözləntilərinə uyğun olmayan qeyri-etik davranışları ilə dəyərlərimizə hörmətsizlik nümayiş etdirirlər. İstifadəçilər facebooku azad məkan hesab edərək istənilən formada təhqirə yol verirlər. Məsələnin digər tərəfi ağrılı tərəfi ondan ibarətdir ki, əgər xaricdə yaşayan biri səni təhqir edirsə, o zaman daha da çıxılmaz vəziyyətə düşürsən. Hazırda etik davranış qaydalarına və prinsiplərin əməl etməyənlərə qarşı hansı tədbirlər görülür?

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən "İRƏLİ” İctimai Birliyinin sədri MirHəsən Seyidov bildirib ki, Azərbaycan da daxil olmaqla bütün dünyada ictimai-siyasi proseslərin böyük hissəsi sosial şəbəkələr üzərindən hər hansı formada idarə olunur: "Amma sosial şəbəkələrdən istifadə edənlərin bəziləri qeyri-etiq ifadələr işlədirlər. Öz şərəfinə hörmət etməyən insanlar hər hansı məsələni sağlam şəkildə tənqid etmək əvəzinə, təhqir meyarına çevirirlər. Bütün cəmiyyətlərdə olduğu kimi, bizdə də hər hansısa bir mövzu sağlam şəkildə tənqid oluna bilər, təhqir yol verilməzdir. Hesab edirəm ki, hər bir insan sosial şəbəkələrdə atdığı addımın məsuliyyətini dərk etməlidir”. MirHəsən Seyidovun sözlərinə, bəzi ölkələrdə sosial şəbəkələrə qadağalar tətbiq edilir, onlardan istifadə dayandırılır: "Azərbaycanda isə sosial şəbəkələrdən istifadə ilə bağlı hər hansı bir qadağa yoxdur. Təbii ki, bundan sui-istifadə edib öz fikrlərini təhqiramiz formada istifadə etməklə dövlətə, millətə, xalqa, mövcud hakimiyyətə qarşı səsləndirmək yol veriməzdir. Normal, ağıllı, düşüncəli insanlar sosial şəbəkələrdə bu cür təhqirlərə yol vermirlər. Hesab edirəm ki, tez bir zamanda bu məsələ qanunvericiliklə tənzimlənməlidir”.

Anar CƏFƏROV

BNEWS.az

 

RƏYLƏR