Mixail Zabelin: “Rusiyada tolerant mühitin olduğunu görmürük”

OXUNUB: 1071 SİYASƏT
"Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar bizi narahat edir. Bizim bir ay vaxtımız var ki, verilmiş qərarı ləğv etdirək”.


Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı rus əsilli deputat, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin bildirib. 

M.Zabelin Azərbaycanın ruslara münasibətini yüksək dəyərləndirdiyini söyləyib:

"Mən deputatlara minnətdarlığımı bildirirəm ki, onlar obyektiv olaraq məsələyə münasibətini bildirdilər. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu məsələ ilə bağlı qəti mövqeyini bildirməlidir. Rusiya da Azərbaycan kimi çoxmillətli ölkədir. Azərbaycanda bütün xalqlara bərabər münasibət göstərilir, ölkədə tolerant mühit var. Çox təəssüflər olsun ki, biz də Rusiyada tolerant mühitin olduğunu görmürük”./olke.az
 
İcmal.Az

RƏYLƏR