Moldovada yaşayan azərbaycanlılar Ermənistanın hərbi təxribatına etiraz edir

OXUNUB: 1334 SİYASƏT

İyulun 7-də Moldovada Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş hərbi təxribata etiraz olaraq fləşmob və etiraz yürüşü keçiriləcək.

İcmal.Az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kişinyov şəhərinin mərkəzi meydanında keçirilməsi nəzərdə tutulan fleşmob və yürüşün əsas məqsədi Moldova azərbaycanlıları adından iyulun 4-ü axşam saatlarında Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızının və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olmasına etiraz bildirməkdir.

Fleşmob və etiraz yürüşündə Moldovada yaşayan azərbaycanlılar və diaspor təşkilatları üzvlərinin iştirakı gözlənilir. Yürüşdə Ermənistan dövlətinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror aktlarını pisləyən şüarların səsləndirilməsi də planlaşdırılır.

İcmal.Az

RƏYLƏR