“Moodys”: Bu il Azərbaycanda inflyasiyanın səviyyəsi düşəcək

OXUNUB: 674 İQTİSADİYYAT

Beynəlxalq reytinq agentliyi "Moodys” 2018-ci ildə ümumi daxili məhsulun 1,5, 2019-ci ildə 2 faiz artacağını proqnozlaşdırır. 

İcmal.Az agentliyə istinadən xəbər verir ki, 2016-cı ildə 3,1 faizlik resessiyadan sonra, 2017-ci ildə Azərbaycanda ÜDM-in artımı 0,1 faiz təşkil edib: 

"2017-ci ildə zəif artım neft qiymətlərinin azalması ilə əlaqədar böhranın təsirini, eləcə də, bu cür şəraitdə aparılan sərt fiskal və pul siyasətini əks etdirir.

Hazırda neftin qiyməti 65-70 bareldən yüksəkdir, iqtisadi inkişafa və Azərbaycanın maliyyə gəlirlərinin artmasına kömək edəcək. Bunu nəzərə alaraq biz 2018-ci ildə ÜDM-in 1,5, 2019-cu ildə 2 faiz artacağını proqnozlaşdırırıq”.

"Moody`s”a görə, 2018-ci ildə inflyasiya səviyyəsi yavaşlayaraq 6 faizə düşəcək. 2019-cu ildə isə bu rəqəm 5 faiz təşkil edəcək: 

"Manatın əhəmiyyətli dərəcədə zəifləməməsi vəziyyətində biz inflyasiyanın 5-6% səviyyəsində sabitləşəcəyini gözləyirik. Manatın məzənnəsinin sabitliyinə inam artdığından inflyasiya gözləntiləri azalacaq”.

O da məlum olub ki, bu il tədiyyə balansında profisit ÜDM-in 2,3%-nə, 2019-cu ildə isə 3,8%-nə bərabər olacaq.

İcmal.Az

RƏYLƏR