Moskvada erməni miqrantlarla kütləvi dava - Yaralılar var

OXUNUB: 751 HADİSƏ

Moskvada tikinti sahələrinin birində miqrant işçilər arasında kütləvi dava baş verib.  

Davada 40-a yaxın adam iştirak edib.

Moskva polisi bildirib ki, dava iki tikinti briqadası arasında qeydə alınıb. Dava iştirakçıları Özbəkistandan və Ermənistandan gəlmiş miqrantlar olub.

Tərəflər bir-birinə kürək, armatur və iri çəkiclərlə hücum ediblər. Hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.

Münqişənin damdan atılan zibil üstündə baş verdiyi bildirilib. Hazırda insidentlə bağlı araşdırma başlayıb./trend

 

İcmal.Az

RƏYLƏR