Moskvada güllələnən Azərbaycan vətəndaşı iş adamı olub – VİDEO + YENİLƏNİB

OXUNUB: 706 HADİSƏ

Rəhman Əliyev qara və əlvan metalların alışı və satışı ilə məşğul olub.

Moskvanın cənubunda güllələnərək qətlə yetirilən Azərbaycan vətəndaşı sahibkar olub.

İcmal.Az Report-a istinadən xəbər verir ki, 49 yaşlı Rəhman Əliyev qara və əlvan metalların alışı və satışı ilə məşğul olub.

Faktla bağlı cinayət işi açılıb.

00:18

Moskvanın cənub-qərbində Azərbaycan vətəndaşının güllələnərək öldürülməsi faktı ilə əlaqədar cinayət işi qaldırılıb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri üzrə (Qətl) açılıb.

Azərbaycan vətəndaşı hadisə zamanı bir neçə güllə yarası alıb. Güllələrdən biri onun başına dəyib.

Qətl Xarkov keçidində yerləşən yaşayış evlərinin yaxınlığında törədilib. Məlumata görə, cinayət sifariş xarakterli olub.

Hazırda istintaq cinayətdə əli olan şəxs və ya şəxslərin kimliyini müəyyən edir.

18.09.2017 (23:16) 

Moskvanın cənubunda Azərbaycan vətəndaşı başından güllələnərək qətlə yetirilib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi hüquq-mühafizə orqanlarıdakı mənbə məlumat verib.

İlkin məlumata görə, qətl sifarişlə yerinə yetirilib.

"Yaxından güllələnən kişinin meyiti paytaxtın Qərbi Birülevo rayonundakı Xarkov keçidində aşkar olunub”, - deyə agentliyin həmsöhbəti bildirib.

Onun məlumatına görə, qətl sifariş xarakterlidir, ölən şəxs isə Azərbaycan vətəndaşıdır.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti faktı təsdiq edib, lakin hadisənin təfərrüatları barədə məlumat verməyib.

Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

İcmal.Az

RƏYLƏR