Müğənni Kərim ailəsinin şok sirrini açdı - "Oğlumu övladlığa götürmüşəm .."

OXUNUB: 759 ŞOU-BİZNES

Müğənni Kərim Abbasovun yeni doğulan övladı Yusiflə tez-tez foto paylaşması müzakirələrə səbəb olub.

Sənətçinin böyük oğlu Səyidlə heç foto yerləşdirməməsi izləyicilərin diqqətini çəkib.

K.Abbasov ona ünvanlanan suallara sərt cavab verib:

"Sözüm bəzi ağzıqara və özünü ağıllı kimi göstərənlərədir. Şərhlərdə gic-gic suallar yazırlar: "Hanı sənin o biri oğlun? Niyə onu göstərmirsən? Yusif olandan sonra onu göstərmirsən. Sənin doğma övladın deyil" kimi bəzi dəxlisiz suallar ünvanlanır. Sizə cavab verirəm. Seyid mənim öz övladımdır və ya deyil, bundan kimə nə? Onu övladlığa götürmüşəm, yaxud da zibillikdə tapmışam sizə nə? Sizə kim bu ixtiyarı verib? Yoxsa Seyidi siz geyindirib, siz dolandırırsınız? Bölüşərəm, ya yox, bu mənə aiddir. Gedin öz övladınızın gələcəyi haqqında düşünün. Mənim Seyidimin isti-soyuqluğu heç kimə qalmayıb".

 

Qeyd edək ki, Kərim Təranə adlı xanımla ailəlidir. Sənətçi 2012-ci ildə ata olduğu xəbərini yaymışdı. Ötən ilin sentyabrında isə o, ikinci dəfə ata olduğunu bildirib./axşam.az

İcmal.Az
Müğənni Kərim ailəsinin şok sirrini açdı - Müğənni Kərim ailəsinin şok sirrini açdı - Müğənni Kərim ailəsinin şok sirrini açdı -

RƏYLƏR