Ötən ilin aprel ayında məşhur müğənni Prins Rocers Nelson dünyasını dəyişmişdi.
Minnesot ştatı, Karver dairəsinin məhkəməsinin qərarına əsasən mərhumun var-dövləti onun bacı və qardaşlarına miras kimi çatacaq. Prinsin 6 bacı və qardaşı var.
Musiqiçi dünyasını dəyişəndə vəsiyyətnamə yazmayıb. Bu səbəbdən onun sərvəti doğma bacısı Tayk Nelson ilə 5 ögey bacı-qardaşı arasında bölünəcək. Amma məhkəmənin qərarından narazı qalanlar da var. Hazırda üçüncü tərəflər məhkəməyə appelyasiya şikayəti verməyə hazırlaşırlar./olke.az