İcmal.Az qafqazinfo-ya istinadən xəbər verir ki, final mərasiminin dünən keçirilməməsinə səbəb şounun əvvəldən hazırlanan planına görədir. Belə ki, sponsorlara layihənin 17 gün davam edəcəyi və finalın oktyabrın 25-də baş tutacağı deyilib. Eyni zamanda, ATV kanalında da yayım üçün həmin müddət "MGP" tərəfindən alınıb. Məhz bu səbəbdən final bu axşam keçiriləcək.
Şounun son buraxılışında yarışmanın bütün iştirakçıları və şou-biznesin məşhur simaları iştirak edəcəklər.
İcmal.Az