Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobildən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, İntiqam Yusifov Şəmkir rayonundan Bakı şəhərinə getmək üçün müştəri qismində əyləşdiyi taksinin Kürdəmir rayonunda qısa fasilə zamanı sürücüsünün olmamasından istifadə edərək, avtomobildə olan 57 qram çəkidə müxtəlif növ qızıl-zinət əşyalarını oğurlayıb. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı İ. Yusifov törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları Bakı şəhərində satdığını və əldə etdiyi 3000 manatdan çox pulu avtomobil icarəyə götürərək müxtəlif növ əyləncələrə xərclədiyini bildirib. Faktla bağlı araşdırma aparılır.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
-
Bədən şəkilləndirmə etdirmək istəyən xanmın ŞOK FOTOLARI - "Azer Türk Med" kilnikasında həyacan siqnalı
26.04.2024, 14:05 / HADİSƏ -
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
19.04.2024, 12:06 / HADİSƏ -
“Stimul hospital”ın (İstanbul NS) cinayəti sübut olundu: BAHAR QASIMOVA 30 DƏQİQƏYƏ QƏTLƏ YETİRİLİB
09.04.2024, 11:21 / Özəl, HADİSƏ -
Binəqədi icra başçısının icazəsi ilə qanunsuz obyekt tikilir? - FOTOLAR
08.04.2024, 12:36 / HADİSƏ -
Azərbaycanlı milyarderin başı dərddə: Şirkət vəzifəlisi həbs olundu
05.04.2024, 11:07 / HADİSƏ -
Hacı Salayev villasına 158 minlik lift istədi - Başına iş açdı
04.04.2024, 17:54 / HADİSƏ, İQTİSADİYYAT