Müxalifət jurnalist AXCP və MÜSAVATı topa tutdu: "Birləşməyi illərdir bacarmırsız"

OXUNUB: 691 SİYASƏT
İcmal.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist İsmayıl İslamoğlu şərh paylaşıb.
 
O hər iki partiyanın rəhbərini səriştəsizlikdə günahlandırıb: "Uzatmağa ehtiyac yoxdur deyə düşünürəm və məsələyə bir başa keçirəm. Uzun illərdir hakimiyyətdən çox, bir-birinizlə mübarizə aparırsınız. Seçkini arxa plana çəkməyi kim "zakaz" edibsə, maşallah olsun, öhdəsindən yaxşı gəlirsiz. Xalq sizin bu münaqişələrinizdən, çəkişmələrinizdən yorulub artıq. Sözüm hər iki partiyayadı. Hörmətli Müsavat və AXCP, uzun illərdən sonra az da olsa müxalifətin birləşməyinə ümid yaranmışdı. Xalqın inamı yenidən bərpa olunurdu. Siz bu inamı bilərəkdən ya bilməyərəkdən param-parça etdiniz. Hər hansısa tərəfin hakimiyyətə işləməsi, dolayısıyla xidmət etməsi iddiasında bulunmuram. "Zakaz" sözünün başına ip salıb, ucundan tutub ucuzluğa apararaq, əsas məsələdən də yayınmayın. Heç kim qarşı tərəfi suçlayaraq özünü haqqlı çıxarmağa da çalışmasın. Xalq sizin partiyalarınızın üzvlərindən ibarət deyil. Bu məmləkətin yüzminlərlə heç bir partiyaya üzv olmayan nümayəndəsi var. Onları da siyasətdən didərgin salıb, çirgindirmisiniz. Nədir? Məyər səhv deyirəm? Ağsaqqal adamlarsız, bir - birinizə bir söyüş söymədiyiniz qalıb. Nədir bu millətin günahı? Mövcud hakimiyyətdən, YAP rejimindən çəkdiklərimiz az deyil, bir də sizin çəkişmələrinizə oturub baxmaq məcburiyyətindəyik!?
 Müsavat tərəfinə səslənirəm, əgər deyilən iddialar doğrudursa, Milli Şuranın mitinqlərinə dəstək verdiyi üçün Tofiq Yaqublunu müavinlikdən uzaqlaşdırıblarsa, bu təpədən dırnağa yalnışdır. Nə də bunun daxili məsələ olduğunu səbəb göstərmək olmaz. Yox əgər ortada başqa məsələ varsa, onu da açıqlayın hər kəs bilsin. Uzatmağın mənası yoxdur. Seçkiyə az qalıb.
AXCP tərəfinə səslənirəm, bəylər, Tofiq Yaqublunun müavinlikdən çıxarılmasına belə acıyırsınızsa dəvət edin AXCP -yə Əli bəyə müavin qoyun. Yox, Tofiq bəy Müsavatda qalmağa israrlıdırsa, onda bundan sizə nə? (Əgər Milli Şura iddiaları dəqiq və səhihdirsə ona sözüm yox...) Mənə görə hər iki tərəf eynidir. Biri artıq, digəri əskik deyil. İstər Müsavatdan, istərsə də AXCP -dən olduqca dəyərli dostlarım var. Tənqidə açıq olmağa səsləyirəm hər birinizi. Tənqid olmazsa inkişaf olmaz. Gəl ki, nəticə olacağını bilmirəm ama, bu yazım jurnalist mövqeyidir. Tərəfsiz və qərəzsiz. Çalışaq bu həssas məqamda hakimiyyətin əlinə fürsət verməyək. Hörmətlər.."
 
İcmal.Az

RƏYLƏR