Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyulub

OXUNUB: 532 SOSİAL

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2017-ci il sentyabrın 12-də "Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalayıb.

Ötən müddətdə sərəncamın icrası istiqamətində tədbirlər görülüb, "Duzdağ” hotelində Naxçıvan Duz Muzeyi yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən İcmal.Az-a bildirilib ki, aprelin 25-də Naxçıvan Duz Muzeyi istifadəyə verilib.

Muzeyin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.

Muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir. Muzeydə 81 eksponat, o cümlədən duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, "Duzdağ” sənədlər toplusu nümayiş olunur.

Duzdağla və Naxçıvan şəhər mədəniyyəti ilə bağlılığı nəzərə alınaraq muzeydə Nuh peyğəmbərin heykəli qoyulub.

İcmal.Az

RƏYLƏR