Neftçala sakininin evində narkotik və avtomat silah aşkarlandı

OXUNUB: 809 HADİSƏ
Yanvarın 15-də Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bankə qəsəbə sakini Ruslan Təhməzov saxlanılıb.

DİN-in mətbuat xidmətindən İcmal.Az-a daxil olan məlumata görə, baxış zamanı onun üzərindən 1,2 qram həşiş aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evinə də baxış keçirilib, oradan əlavə olaraq 30,5 qram həşiş, həyətindəki yardımçı təsərrüfatdan isə "AKM” markalı silah və içərisi patronla dolu 2 patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi qaıdırılıb.
 
İcmal.Az

RƏYLƏR