Neftçalada azyaşlının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə dünən axşam saatlarında rayonun Xolqarabucaq kəndində qeydə alınıb.
Belə ki, evin divarından qopan beton daş parçası 2011-ci il təvəllüdlü Xankişizadə Məhəmməd Ceyhun oğlunun üstünə düşüb. Ağır xəsarət alan azyaşlı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan M. Xankişizadə cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır. /report
İcmal.Az