Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.
Bu barədə İcmal.Az Bloomberg-ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,53% azalaraq 50,36 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,68% ucuzlaşaraq 48,03 dollar təşkil edib.
İcmal.Az