Bu barədə 7NEWS.az saytının sorğusunu cavablandırarkənsupermarket şəbəkəsindən məlumat verilib.
Məlumatda deyilir ki, "NEPTUN” supermarket şəbəkəsi qondarma rejimi açıq dəstəkləyən "Johnson & Johnson” şirkətinin bütün məhsullarını satışdan yığışdırıb.Sözügedən şirkət sosial şəbəkələr üzərindən qondarma rejimi dəstəkləyəndən sonra, "NEPTUN” supermarket şəbəkəsinin rəhbərliyi dərhal adekvat addım atmağa qərar verib.
Qeyd edilir, ki bu addım "Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb.
"Johnson & Johnson” şirkəti rəsmi "Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.