Nərimanovun yeni icra başçısı NİYƏ SAKİNLƏRLƏ GÖRÜŞMÜR? - İDDİA

OXUNUB: 307 HADİSƏ
Prezident İlham Əliyevin sərəncamına əsasən Elgin Həbibullayev 18 fevral 2022-ci il də Nərimanov rayonu icra hakimiyyətinin başçısı təyin olunsa da hələ də sakinlər onun üzünü görə bilməyib.

Rayon sakinlərinin dediklərinə görə, Elgin Həbibullayev Nərimanov rayon İcra hakimiyyətinə icra başçı təyin olunduğu gündən bu günə qədər, iş otağında cəmi 5-6 dəfə olub. İcra başçısını qalan vaxtları Baki şəhəri İcra hakimiyyətində köhnə iş otağında oturduğu bildirilir.

Sakinlərin İddiasına görə, icra başçısı Elgin Həbibullayev Nərmanov rayonunu müavinlərindən birinə həvalə edib. Hal-hazırda Nərimanov sakinlərini icra başçısının yerinə müavini qəbul edir.

Bir müddət əvvəl media da yayılan məlumatlarda Elgün Həbibullayevin "Panda Kids” mağazalar şəbəkəsinin də sahibi olduğu qeyd edilirdi. Bundan başqa,onun "Port Baku” yaşayış kompleksində yaşadığı bildirilib. Elgin Həbibullayevin "Panda Kids” mağazaları və yaşadığı ev ilə birlikdə ümumi əmlakının qiyməti 2 milyon AZN-dən çox olduğu söylənilir.

Xatırladaq ki, Elgin Həbibullayev son təyinatadək Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsində çalışıb. Daha öncə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində və icra hakimiyyəti strukturlarında müxtəlif məsul vəzifələrdə çalışıb.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq./MillətinSəsi.info
 
İcmal.Az

RƏYLƏR