Nəsimi rayonunda ev yanıb – FOTO

OXUNUB: 649 SOSİAL

Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

 Dünən gecə saatlarında Süleyman Rüstəm və Hənifə Ələsgərova küçələrinin kəsişməsində ümumi sahəsi 40 m2 olan birmərtəbəli, ikiotaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı bir nəfər xəsarət alıb. Qonşu evlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.​/oxu

 

İcmal.Az

RƏYLƏR