Neymar Braziliyada əməliyyat olunacaq

OXUNUB: 804 İDMAN

Fransanın PSJ klubunun və Braziliya yığmasının futbolçusu Neymar bu həftə vətənində əməliyyat olunacaq.

Bununla bağlı qərarı Paris klubunun və Braziliya millisinin həkimləri qəbul ediblər.

26 yaşlı futbolçunu Braziliya yığmasının həkimi Rodriqo Lasmar əməliyyat edəcək. Ona PSJ-dən olan müətəxssis Jerar Selen kömək edəcək. 

Neymar Fransa çempionatının 27-ci matçında, "Marsel"lə oyunun 77-ci dəqiqəsində dabanından xəsarət alıb. O, oyunu xərəkdə tərk edib. /report

 

İcmal.Az

RƏYLƏR