Novruz Məmmədov: Azərbaycan xalqı prezident İlham Əliyevə inanır

OXUNUB: 636 SİYASƏT

Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı prezident İlham Əliyev olmalıdır.

İcmal.Az xəbər verir ki, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün "Facebook” səhifəsində yazıb.

N. Məmmədov bu gün YAP-ın möhtəşəm qurultay keçirdiyini bildirib:

"Möhtəşəm bir Qurultay. Səmimi, ürəkdən gələn, gələcəyə inamlı və ümid dolu çıxışlar. Ölkənin müxtəlif region və təşkilatlarının nümayəndələrinin nitqləri bir leytmotiv üzərində köklənmişdi: Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı prezident İlham Əliyev olmalıdır.

İstər-istəməz dahi Heydər Əliyevin cümlələrini – "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram... Mən ona özüm qədər inanıram və gələcəyinə Böyük Ümidlər bəsləyirəm” – xatırladım.

Qurultayda elə təəssürat yaranmışdı ki, sanki hamı bu müdrik kəlamları xatırlayır. Düşünürəm: Şübhəsiz Azərbaycan xalqı prezident İlham Əliyevə inanır”.

İcmal.Az

RƏYLƏR