Operativ Qərargahın yeni qərarlarının qısa - İzahı

OXUNUB: 66 SOSİAL
Xəbər verdiyimiz kimi, Operativ Qərargah bu gün bir sıra qərarlar qəbul edib.

7News.Az həmin qərarların qısa icmalını təqdim edir:

Yanvarın 18-dən "SMS” icazə ləğv olunur.

Yanvarın 25-dən:

Ticarət obyektləri açılır;

Bərbərxanalar və gözəllik salonları açılır;

Muzey və sərgi zalları açılır;

Şəhərlərarası və rayonlararası hərəkət bərpa olunur.

"Mall”lar və iri ticarət mərkəzləri yenə işləməyəcək.

Yanvarın 25-dək Bakıya giriş-çıxış və rayon yolları bağlı olacaq.

Fevralın 1-dən restoran, kafe və çay evləri açılır.

Bakı metropoliteni yenə fəaliyyət göstərməyəcək.

Həftəsonu ictimai nəqliyyat işləməyəcək.

Həmçinin qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə yenə məcburidir.

Xüsusi karantin rejiminin müddəti aprelin 1-dək uzadılır.

RƏYLƏR