Oğurluğa görə tutulmuş azərbaycanlı futbolçu özünə klub tapdı

OXUNUB: 510 HADİSƏ

Kabel oğurluğunda təqsirləndirilərək həbs edilmiş Nicat Muxtarov futbola qayıdıb. 

"Sumqayıt”dan ayrılan gənc oyunçu I divizionda mübarizə aparan "Zaqatala” klubunda çıxış edir. Nicat Muxtarovun adı əyalət klubunun Peşəkar Futbol Liqasına verdiyi sifariş ərizəsində də yer alıb.

Xatırladaq ki, Nicat Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub. Lakin oktyabrda o, girov qarşılığında sərbəst buraxılıb./oxu

İcmal.Az

RƏYLƏR