Paytaxtda torpağın qiyməti ucuzlaşıb

OXUNUB: 963 İQTİSADİYYAT

"Aprel ayında Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşıb”.

Bunu "MBA Group” konsaltinq şirkətinin baş direktoru,daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, torpağın qiymətlərində ucuzlaşma 3,14% təşkil edib.

N.İbrahimov bildirib ki, torpaq bazarında aktivlik ötən aylarda azalmışdı:

"Aktivliyin azalmasının qiymətlərə təsirini indi görürük. Adətən, aprel-may aylarında torpağın qiymətləri artır, amma bu dəfə əks tendensiyanın şahidi oluruq. Bu da onunla bağlıdır ki, fərdi yaşayış evlərinin tikinti həcmində azalma var”./trend

 İcmal.Az


RƏYLƏR