Pəncərə silərkən yıxıldı - İki divar arasında qaldı

OXUNUB: 746 HADİSƏ

Bakıda 1 nəfər pəncərə silərkən yıxılıb.

Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Səbail rayonunda 1 nəfər mənzildə təmizlik işləri apararkən pəncərədən yıxılıb və iki divar arasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər vətəndaşa müvafiq köməklik göstərib və hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

Əməliyyat saat 11:18-də başa çatıb.

 

İcmal.Az

RƏYLƏR