Polis polkovniki jurnalisti məhkəməyə verdi

OXUNUB: 472 GÜNDƏM HADİSƏ

Cəlilabad rayon Polis Şöbəsinin rəis müavini, polkovnik Eldar Səfərov jurnalist Anar Məmmədliyə qarşı xüsusi ittiham qaydasında şikayət verib.

İcmal.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, A.Məmmədlinin rəhbəri olduğu criminal.az saytında 2016-cı il noyabrın 26-da yayımlanan "Polis polkovnikinə qarşı şok iddia - ''Narkotik satanları o himayə edir” başlıqlı yazı məhkəmə predmetinə çevrilib.

Yazıda qeyd olunub ki, şikayətçi Vüqar Atayev polkovnik Eldar Səfərovun narkotik alverçilərini himayə etdiyini iddia edir.

Baş redaktor A.Məmmədli bildirib ki, E.Səfərovun onun həbsi üçün Yasamal rayon məhkəməsinə müraciət edib.

İcmal.Az

RƏYLƏR