Poverliftinq və ağır atletika üzrə turnirə cəmi 2 tələbəsi ilə qatıldı, ikisi də qızıl medal qazandı – FOTOLAR

OXUNUB: 2106 GÜNDƏM İDMAN

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev kuboku” uğrunda pauerliftinq və bench press idman növü üzrə beynəlxalq turnir keçirilib.

İcmal.azxəbər verir ki, turnirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə digər sahələr kimi, idmanın inkişafına da böyük diqqət göstərildiyini, idmanın və bədən tərbiyəsinin dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrildiyini deyib. İsmayıl İsmayılov qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, müasir idman infrastrukturu yaradılır, Azərbaycan idmançıları beynəlxalq yarışlarda uğurla çıxış edirlər. İsmayıl İsmayılov Naxçıvanda keçirilən "Heydər Əliyev kuboku” uğrunda pauerliftinq və bench press idman növü üzrə beynəlxalq turniri ölkəmizin idman həyatında əlamətdar hadisə kimi dəyərləndirib.

Turnirdə Azərbaycanı, onun Naxçıvan Muxtar Respublikasını, eyni zamanda, Türkiyəni də təmsil edən 60-dan çox idmançı 12 çəki dərəcəsində qüvvəsini sınayıb. Beynəlxalq turnirə mayın 7-də yekun vurulub.

Turnirdə ən maraqlı nəticəni isə cəmi iki tələbəsi ilə qatılan, Poverliftinq və ağır atletika üzrə idman ustası Yusif Cəlilovun komandası əldə edib. Belə ki, 100 kq çəki dərəcəsində Məmməd Rəhimov, 60 kq çəki dərəcəsində isə Vüsal Bağırovözlərini sınayıblar. Yusif Cəlilovun hər iki tələbəsi I yeri, qızıl medalı əldə ediblər.

Məlumat üçün qeyd edək ki, bütün bunlar 40 ildən artıq sahəsinin peşəkarı olan Yusif Cəlilovun ilk uğuru deyil. Belə ki, Y.Cəlilovun tələbələri son 15 ildə respublika və beynəlxalq səviyyəli bir çox mötəbər yarışların qalibləri olublar. Yusif Cəlilovun daha bir tələbəsi Fərəc Cəlilov gənc olmasına baxmayaraq dəfələrlə Respublika və Avropa birincisi olub, hal-hazırda Poverliftinq və ağır atletika üzrə beynəlxalq dərəcəli idman ustası statusuna malikdir.

İcmal.az












RƏYLƏR