Zlatan İbrahimoviçin karyerasını başa vuracağı tarix bəlli olub

OXUNUB: 197 Özəl GÜNDƏM İDMAN
7NEWS.az xəbər verir ki, futbol tarixinin ən böyük qolçularından biri olan Zlatan İbrahimoviç yaşının artmasına baxmayaraq, yüksək liqalarda futbol oynamağa davam edir.

40 yaşının ortalarında olan isveçli hücumçunun futboldan nə vaxt ayrılacağı maraq mövzusu olsa da, İtaliya mətbuatında yeni iddia irəli sürülüb.
İtaliya A Seriyasının komandalarından olan "Milan"da çıxış edən isveçli hücumçu Zlatan İbrahimoviç 40 yaşı olmasına baxmayaraq futbolçu karyerasını yüksək liqalarda davam etdirir. Cari mövsümdə İtaliya çempionu olan "Milan" 67 xalla liqanın lideridir.
 "La Gazzetta dello Sport”un xəbərinə görə İsveçli hücumçu "Milan"la liqa və ya kuboku qazanacağı təqdirdə mövsümün sonunda karyerasını başa vuracağı qeyd olunub. Son illərdə "Milan"ın yüksəlişinə böyük töhfə verən Zlatan İbrahimoviç, əsasən, əvəzedici heyətdə qalsa da, bu mövsüm 23 oyun keçirməyi bacarıb. 23 oyunda 8 qol və 2 məhsuldar ötürmə edən Zlatan futbolu tərk etmək qərarına gəlib.
 
İcmal.Az

RƏYLƏR