Prezident 2018-ci ilin büdcə dəyişikliyini təsdiqlədi

OXUNUB: 758 index-manşet SİYASƏT

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. 

İcmal.Az xəbər verir ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri 22 149 000,0 min manat, xərcləri 23 100 000,0 min manat təsdiqlənib. 

O cümlədən, mərkəzləşdirilmiş gəlirləri 21 495 650,0 min manat,yerli gəlirləri 653 350,0 min manat, mərkəzləşdirilmiş xərcləri 22 376 075,0 min manat, yerli xərcləri 723 925,0 min manat məbləğində müəyyən olunub. 

İcmal.Az

RƏYLƏR