“Pul lazım oldu, evə girdim...” - 18 il iş aldı

OXUNUB: 724 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa girdiyi evin sahibini öldürməkdə təqsirləndirilən Rövşən Xalıqovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

İcmal.Az verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə hökm oxundu. 

Məhkəmə kollegiyasının hökmü ilə R.Xalıqov 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, ötən iclasda çıxış edərək R.Xalıqov hadisəni necə və niyə törətdiyini danışıb: "Pul lazım olduğu üçün evə girdim. Sahibi qabağıma çıxdı. Onun başına iki dəfə çəkiclə vurdum. Evdən 200 manat pul və maaş kartı götürdüm".

R.Xalıqov peşman olduğunu deyib.

Qeyd edək ki, hadisə 2016-cı il iyunun 28-də Lökbatan qəsəbəsində baş verib. Viktor Lituxinin evində çürümüş meyiti tapılıb.

Qətli törədən R.Xalıqov əvvəllər cinayət törətdiyi üçün məhkumluq həyatı yaşayıb.

İcmal.Az

RƏYLƏR