Qadağan olunmuş yerlərdə siqarət çəkənlərin cəzası müəyyənləşir – YENİLƏNİR

OXUNUB: 830 SİYASƏT

Milli Məclisin bu gün keçirilən iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

İcmal.Az xəbər verir ki, parlamentin davam edən iclasında "Tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin məhdudlaşdırılması qaydalarını” pozanlara qarşı cəzalar da müəyyənləşdirilir.

Qeyd edək ki,  bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 212.2-ci, 522-ci və daha bir neçə maddələrinə əlavə və dəyişikliklər layihəsi hazırlanıb.

Dəyişikliklərə əsasən, tütündən istifadənin qadağan olunduğu yerlərdə, o cümlədən tütündən istifadə ilə bağlı təşkilatlar qarşısında qoyulan şərtlərlə bağlı yeni cərimə cəzaları təklif olunur.

Cəzalar 250 manatdan 1000 manata qədər cərimələri əhatə edir.

Tütün məmulatları ilə bağlı məcəlləyə edilən bütün dəyişikliklərin bu gün keçirilən iclasda qəbul ediləcəyi gözlənilir.

İcmal.Az

RƏYLƏR