Qadın basketbolçularımız hər iki oyunu qalib başa vurdular - Bakı-2017

OXUNUB: 901 İDMAN
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 3X3 basketbol yarışına start verilib.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, ilk oyun günündə qadın basketbolçulardan ibarət millimiz Türkmənistanla qarşılaşıb. İdmançılarımız daha üstün oyun nümayiş etdiriblər - 16:7.

Yığmamız ikinci oyunda isə Əlcəzair komandasına qalib gəlib - 20:14.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR