Qadınların müdafiəsinə qalxan Ruhi danışdı: "Zorakılığa məruz qaldım" - FOTO

OXUNUB: 906 SOSİAL
Bu gün Beynəlxalq Muğam Mərkəzində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin dəstəyi, sahibkar qadın Ruhi Əliyevanın təşəbbüsü ilə "Qadına qarşı zorakılıq gələcəyimizə qəstdir" şüarı ilə tədbir keçirilib. 

 Tədbiri giriş sözü ilə açan sahibkar xanım, müğənni Ruhi Əliyeva bəzi nəqamlara toxunaraq tədbir iştirakçılarını təsirləndirib. Belə ki, o, bir zamanlar qadın zorakılığına məruz qaldığını və qadın sığınacağı təsis edərək qadınları zorakılıqdan qorumaq istədiyini bildirib: "Mən də qadın zorakılığına məruz qalmışam. Şərt deyil ki, bu fiziki zorakılıq olsun. Bir müddət öncə ağır psixoloji sarsıntıya, zorakılığa məruz qaldım. Hazırda ayaq üstə qalxmağı bacarmışam, sinə gərmişəm zorakılığa, uşaqlarımın yanındayam, ailəmlə xoşbəxtəm. İstərdim ki, bütün qadınlar birləşərək zorakılığa qarşı mübarizə aparsınlar. 

Bir neçə gün öncə saytda xəbərlər oxudum. Qadınlara qarşı cəmiyyətimizdə hədsiz zorakılıq var və dəhşətli bir xəbərlə rastlaşdım. Hönkürtü ilə ağladım. Məqsədim qadın sığınacağı açaraq zorakılığa məruz qalan qadınları qorumaqdır"./big

Qadınların müdafiəsinə qalxan Ruhi danışdı:
 
İcmal.Az

RƏYLƏR