"Qalib xalqın sağlam gəncləri" layihəsinə start verilir.

OXUNUB: 374 SOSİAL
Azərbaycan Respublikası Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olaraq "Gənc velosipedçilər” İctimai Birliyi "Qalib xalqın sağlam gəncləri” layihəsi çərçivəsində 23 noyabrda Biləsuvar rayonunda, 26 noyabrda Zaqatala rayonunda və 3 dekabr tarixində Bakı şəhərində velosiped idman növü üzrə nəzəri və praktiki təlimlərə start verir. 

Layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları, həmçinin 29 yaşadək qazilər  arasında velosiped idmanına marağı artırmaq,  bu idman növünün sağlamlıqda rolu və ondan düzgün istifadə qaydalarını iştirakçıların diqqətinə çatdırmaqdır. 

Qeyd edək ki, layihə qeyd edilən regionlarda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin velosiped bölmələrinin işinin fəallaşması və təkmilləşməsinə də öz töhfəsini verəcək. Seminar zamanı iştirakçılara velosiped üzərində nəzəri və praktiki təlimlər keçiriləcək, müxtəlif çap materialları paylanacaq, fərqlənən iştirakçılar diplomla təltif ediləcək.

RƏYLƏR