"Qarabağ"ın rəqibinin oyununda azarkeşlər aranı qatdı - ƏLBƏYAXA DAVA

OXUNUB: 768 İDMAN
"Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Kopenhagen”in çempionat görüşündə insident yaşanıb. 

 Qalmaqal Danimarka Superliqasının IV turu çərçivəsində "Brondbü” ilə səfər matçında baş verib.

Belə ki, oyunun son dəqiqələrində qonaq komandanın azarkeşləri aranı qatıblar. Hər şey "Brondbü”nün hesabı açmasından sonra başlayıb. Buraxılan qoldan aqressivləşən "Kopenhagen”in bir qrup fanatı polislərin üzərinə hücum çəkiblər və onlara zərbələr vurmağa başlayıblar. Nəticədə digər asayiş keşikçiləri də azarkeşləri sakitləşdirmək üçün həmin tribunaya tərəf yollanıblar.

Aranın qarışdığını görən hakim Anders Poulsen oyunu dayandırıb. 15 dəqiqəlik fasilə müddətində polislər fanatları sakitləşdirə biliblər. Bundan sonra isə matç yenidən bərpa olunub və əsas vaxta əlavə olunmuş dəqiqələr oynanılıb. Referinin final fiti "Brondbü”nün 1:0 hesablı qələbəsini rəsmiləşdirib.

Məsələ ilə bağlı "Kopenhagen”in icraçı-direktoru Anders Horşolt klubun saytına açıqlama verib: "Fanatlarımızın bu cür davranışı biabırçılıqdı. Onların hərəkətinə heç cür bəraət qazandırmaq olmaz. Polisə hücum çəkmək nə deməkdi? Baş verən insident utancvericidi. Klub olaraq, biz də həmin qalmaqala səbəb olanları cəzalandıracağıq”./big
 
 
İcmal.Az

RƏYLƏR