Qardaşına zəng edib özünü asdı - YENİLƏNİB

OXUNUB: 632 HADİSƏ

08:31

Tovuz rayonunun Qovlar Şəhər Xəstəxanası əməkdaşının intihar etməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

İcmal.Az report.az-a istinadən bildirir ki, intihar edən Namazov Aqil Qəzənfər oğlu qardaşına zəng edərək özünü öldürəcəyini və hər kəsin onu bağışlamasını istədiyini bildirib.

Qardaşı hadisə yerinə çatdıqda onu artıq asılı vəziyyətdə görüb. O, köməyə çağırdığı insanlarla birgə ipi kəsərək qardaşını özünü asdığı yerdən aşağı endirsə də, onun öldüyü məlum olub.

Yaxınlarının dediyinə görə, onun borcu və ya hər hansı bir şəxslə ədavəti olmayıb. 
Mərhumun bir yeniyetmə qızı və oğlu var.

Fakla bağlı araşdırma aparılır.

 

---------

08:16

Tovuzda intihar hadisəsi baş verib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində yerləşən xəstəxananın qazanxanasında qeydə alınıb. Orada çalışan şəhər sakini 1979-cu il təvəllüdlü Namazov Aqil Qəzənfər oğlu özünü dəmir borudan asıb. Ona dərhal tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, A. Namazov iki övlad atası olub.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

 

İcmal.Az

RƏYLƏR