Qənirə Paşayeva Filippinin, Cənubi Koreyanın, Qazaxıstanın fəal qadınları ilə Qarabağdan danışıb

OXUNUB: 1476 SİYASƏT
İCMAL.az xəbər verir ki, Milli Məclisin deputatı Qənirə Paşayeva Filippinin Richwell İnc. şirkətinin İcraçı direktoru Myrna Yao, Filippinin Nurture Wellnes Village təşkilatının prezidenti Katerin Turvill, Cənubi Koreyanın MCM Holding AG İcraçı direktoru Kim Sung-joo və Qazaxıstanın fəal xanımları ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycantorpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Deputat Filippinin Richwell İnc. şirkətinin İcraçı direktoru Myrna Yao, Filippinin Nurture Wellnes Village təşkilatının prezidenti Katerin Turvill, Cənubi Koreyanın MCM Holding AG İcraçı direktoru Kim Sung-joo və Qazaxıstanın fəal xanımlarına 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə də məlumatlar verib. Azərbaycanın Filippin, Cənubi Koreya və Qazaxıstan ilə əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən millət vəkili Q.Paşayeva onlara ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb və fikir mübadiləsi olub. Ölkələrimizin qadın fəalları arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərin sonunda millət vəkili Q. Filippinin Richwell İnc. şirkətinin İcraçı direktoru Myrna Yao, Filippinin Nurture Wellnes Village təşkilatının prezidenti Katerin Turvill, Cənubi Koreyanın MCM Holding AG İcraçı direktoru Kim Sung-joo və Qazaxıstanın fəal xanımlarına Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

RƏYLƏR