Qənirə Paşayeva Makedoniya prezidenti və Birinci Xanımı ilə görüşüb

OXUNUB: 790 SİYASƏT

İCMAL.az xəbər verir ki, İspaniyada keçirilən beynəlxalq forum çərivəsindəmillət vəkili Qənirə Paşayeva Makedoniya prezidenti Georgi İvanovvə Birinci Xanım Maya İvanova iləgörüşüb. Görüş zamanı Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiklərini deyən Makedoniya prezidenti bildirib ki, Azərbaycan və Makedoniyanın beynəlxalq arenada bir-birinə qarşılıqlı dəstəyinin daha da artması vacib və əhəmiyyətlidir və bütün sahələrdə əməkdaşlıq genişlənir.O, Azərbaycan prezidenti İlham Əliyevlə dost münasibətlərinin olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb.Millət vəkili Makedoniya prezidenti ilə görüşdə Ermənistanın törətdiyi vandalizm aktlarından,beynəlxalq ictimaiyyətin bununla bağlıetiraz səslərini ucaltmasınınartmasının vacibliyindən danışıb. Makedoniya prezidenti G. İvanov Azərbaycana səfəri, səfər çərçivəsində önəmli müzakirələrin aparıldığını xüsusi vurğulayaraq Azərbaycanla iqtisadiyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını deyib. Azərbaycan prezidenti İlham Əliyevlə gözəl dostluq və əməkdaşlığın əlaqələrimizin daha da inkişafına təkan verəcəyinə inanıram deyən Makedoniya prezidenti iki dost ölkə arasında əməkdaşlığın daha da genişlənməsində millət vəkilləri, QHT və biznes qurumları arasında əməkdaşlığın genişlənməsinin də böyük önəm daşıdığını vurğulayıb. Millət vəkili Q.Paşayeva Makedoniyanın Birinci Xanımı Maya İvanovayaölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb və fikir mübadiləsi olub. Ölkələrimizin qadın fəalları arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğu xüsusi vurğulanıb.


 

RƏYLƏR