Qəzada ölən müğənninin əşyaları oğurlandı - FOTO

OXUNUB: 821 ŞOU-BİZNES

2007-ci ildə yol qəzasında dünyasını dəyişən türkiyəli müğənni Barış Akarsunun anası Hatice Akarsunun evinə oğru girib. 

 hadisə Bartın rayonunun Amasra qəsəbəsində baş verib. 5 mərtəbəli binanın sonuncu mərtəbəsindəki evin kilidini qıran oğru evdən Barış Akarsunun mükafatlarını, papağını, gitarasını, üzüyünü və digər qiymətli əşyalarını oğurlayıb. H.Akarsu deyib ki, bütün otaqlar alt-üst edilib: "Evdə pul yox idi. Kaş ki, olaydı, onu aparaydılar. Oğlumun xatirələrini apardılar. Mən onlarla ayaqda durmağa çalışırdım, onlarla təsəlli tapırdım”.

Hazırda polis oğurluq edən şəxsi axtarır.

Qeyd edək ki, hadisədən sonra məşhur müğənni Haluk Levent Hatice Akarsuya zəng edərək Barış Akarsu muzeyi yaradacağı barədə söz verib./qafqazinfo

 

İcmal.Az

 

RƏYLƏR